Baş Maliyyə İnzibatçısı, MBA
Cavanşir cəbrayıl-zadə 2021-ci ilin fevral ayından prime şirkətində audit üzrə menecer kimi fəaliyyətə başlamışdır. O, azərbaycan dövlət mühəndislik və İnşaat universitetinin İqtisadiyyat və tikinti İdarəetməsi (bakalavr), azərbaycan dövlət İqtisad universitetinin İstehsalat sistemlərinin idarə edilməsi (master degree) fakültələrini əla qiymətlərlə bitirmişdir. O, həmçinin alliance manchester business school-da mba dərəcəsini almışdır. 1997-ci ildə investisiya sektorunda öz karyerasına başlamış, 1999-cu ildə isə karyerasını neft və qaz sektorunda davam etmişdir. 2009-cu ildə maliyyə və iqtisadiyyat üzrə menecer vəzifəsinə yüksəlmişdir. Neft və qaz sektoru ilə bərabər sənayedə və qida sektorunda maliyyə direktoru və idarə heyətinin üzvü kimi tərcübəyə malikdir. Onun audit, hesabat, büdcə və maliyyə nəzarəti sistemlərində də geniş Iş tərcübəsi var. Azərbaycanda audit meneceri kimi audit layihələrində Iştirak etmişdir.