Prime Audit & Consulting MMC audit, vergi, hüquqi və məsləhət xidmətləri üzrə ixtisaslaşmış beynəlxalq, inteqrasiya olunmuş və müstəqil bir təşkilatdır.
Biz həmçinin müştərilərimizə riskləri azaltmaq və imkanlardan istifadə etmək yollarını göstərərək onlarla sıx əməkdaşlıq edirik.
Prime – istənilən məkanda sizə uğur qazanmağa və rəqabət şəraitində işləməyə kömək etməyə hazırdır. Praxity ilə əlaqəmiz sayəsində hər bir müştərimizin tələbatlarını ödəmək ücün beynəlxalq sərhədləri aşaraq maneəsiz işləyə bilirik. Praxity – dünyanin müştəqil mühasibat və konsaltinq şirkətlərinin ən böyuk alyansıdır və TOP-6 ən böyük audit mühasibat assosiasiyasıdır.
PRIME 2016-cı ildən Praxity-nin üzvüdür.
Praxity – təmsil olunduqları müstəqil firma – ofislər arasında ən yaxşı şirkətləri birləşdirən beynəlxalq innovasion ittifaqdır. Bu şirkətlər düzgün uyğunlaşdırılmış biznes-qərarlar qəbul edərək və böyük regional biliklərə malik olaraq dünyanın strateji nöqtələrinə öz təcrübələrini birlikdə bölüşürlər. Bu isə 110-dan çox ölkədə müştərilər üçün gozəl nəticələrin alınmasını təmin edir. Praxity 2017, 2016, 2014-cü illərdə ilin mühasiblər Assosiasiyasının qalibi olmuş və 2013-cü ildə «Parlayan Ulduz» kimi ilin Assosiyasiyası adına layiq görülmüşdü, 2013-cü şirkət ilk dəfə təltif olunmuşdur. Praxity Belçika qanun vericilliyinə əsasən (INZW və ya AISBL) hüquqi ünvanı Belçika olmaqla qeyri- kommersiya təşkilatıdır.
Prime Audit & Consulting MMC, 2016-cı ildə Azərbaycanda qeydiyyatdan keçmiş peşəkər audit və maliyyə xidmətləri göstərən şirkətdir. 29.07.2016-cı il tarixində Azərbaycan Respublikasının Audit Palatası tərəfindən təqdim olunmuş № AT / 121 saylı auditor lisenziyası ilə əsasinda fəaliyyət göstərir.
PRİME – mülkiyyətin bütün formalarını əhatə edən, xırda və orta müəssisələrin, iqtisadiyyatin müxtəlif sahələrində audit və məsləhət xidmətləri təklif edir.Bizim vəzifəmiz əsas dəyərlərimizi yüksəldən və artıran şəraitləri yaradaraq, müştərilərimizin tələbatlarını ödəmək ücün müxtəlif xidmətlər təklif edərək, regionda peşəkar auditor və konsaltinq şirkəti kimi fəaliyyət göstərməkdir.
PRİME – peşəkar mütəxəssislərdən, audit, mühasibat uçotunun, vergi, və hüquqi münasibətlərinin bütün sahələrində istənilən vəziyyəti anlamaq və həll etmək qabiliyyətinə malik olan auditor və ən təcrübəli sertifikasiyalı peşəkar mühasiblərdən ibarət komandadır. Bizim bu sahədə böyuk təcrübəyə və bacarığa malik olan mütəxəssislərimiz sizə biznesinizdə olan risklərin öhdəsindən gəlməyə, onları azaltmaga, dəf etməyə və onları idarə etməyə yardım edəcəklər. Göstərdiyimiz xidmətlər, anlayış və personalın cəlb edilməsi sayəsində bizim təşkilatın sizə böyük kömək göstərəcəyinə inanırıq.
- PRIME Audit & Consulting MMC Audit, Mühasibat uçotu, MHBS / IAS standartları, Biznes Planlaşdırması, İnvestisiya Planlaşdırması, Vergi Məsləhətçiliyi, Layihə İdarəçiliyi və s. üzrə işinizə sabit gəlir və mənfəət həcmini artırmaq üçün şərait yaratmaqla şirkətinizə dəyər qatacaqdır.
- PRIME Audit & Consulting MMC ilə şirkətiniz MHBS-ı uğurla həyata keçirə və bu keçid dövrünü keçə biləcəkdir.