Prime Audit > Komandamız > Adil A. Qasımov

Adil A. Qasımov

QMS Meneceri

Adil Qasımov 2020-ci ildən Prime audit şirkətində Keyfiyyət və daxili proseslər üzrə auditor fəaliyyətinə başlamışdır. 
DİN Polis Akademiyasında Hüquqşünas magistr dərəcəsini fərqlənmə diplomu ilə (Bakı / AZE), Milli Aviasiya Akademiyasını həm bakalavr, həm də İdarəetmə və İqtisadiyyat (Bakı / AZE), IATA Təlim və İnkişaf ixtisası üzrə bitirmişdir. Fəxri diplomla Keyfiyyət İdarəetmə İnstitutu (Florida / ABŞ, Cenevrə / SWI, Sinqapur / SIN) bitirmişdir. 
Keyfiyyət menecmenti sahəsində 20 ildən artıq iş təcrübəsi ilə riskə əsaslanan düşünmə qabiliyyətli peşəkar təcrübəyə malikdir. Keyfiyyət idarəetmə yoxlamaları (daxili, xarici, sertifikatlaşdırma), QMS iş proseslərinin qurulması, keyfiyyət sisteminin tətbiqi və qiymətləndirilməsi, təhlili, məsləhət və risk qiymətləndirmə tətbiqi sahəsində geniş təcrübəyə malikdir. Sənaye, İstehsalat, Nəqliyyat, Təhsil, Bank, Sığorta sahələrində uğurla başa çatan bir sıra layihələr onun portfelinin bir hissəsidir.

Add comment

Add comment

yenilə, əgər kod görünmürsə