Maliyyə məsləhətləri üzrə menecer
Həsən Həsənov 2016-cı ilin iyul ayından Prime şirkətində audit üzrə menecer kimi fəaliyyətə başlamışdır. O, Azərbaycan Dövlət İqtisad Universitetini müəssisələrin iqtisadiyyatı sahəsində bakalavr və magistr diplomunu əla qiymətlərlə müdafiə edərək bitirmişdir. O, həmçinin tam əsaslı CFA adına layiq görülmüşdür. 2005-ci ildə bank sektorunda öz karyerasına başlamış, 2009-cu ildə hesabat və təhlil şöbəsinin müdiri vəzifəsinə yüksəlmişdir, 2014-cü ildə büdcə və maliyyə nəzarəti departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. Bank sektoru ilə bərabər istehsalatda maliyyə meneceri kimi təcrübəsinə malikdir. Onun audit, hesabat və büdcə nəzarəti sistemlərində geniş iş təcrübəsi var. Azərbaycanda, B.Ə.Ə, Almaniya və Gürcüstanda audit üzrə menecer kimi audit layihələrində iştrak etmişdir.