İdarəedici partnyor (tərəfdaş)
Anar Hacızadə - 2016-cı ilin iyul ayından etibarən Prime Audit & Consulting MMC şirkətinin təsisçisi, idarəedici partnyoru, audit üzrə direktorudur. Azərbaycan Dövlət İqtisad Universitetini, «Audit və mühasibat uçotu» ixtisası üzrə həm bakalavr, həm də magistr dərəcələrini fərqlənmə ilə almışdır. O, öz karyerasına 2004-cü ildə auditor kimi başlamış, yerli və iki beynəlxalq audit şirkətində 2009-cü ilə qədər çalışmış, sonra isə maliyyə direktoru kimi maliyyə sektorunda və direktor müavini kimi istehsalatda çalışmışdır. Maliyyə, audit və mühasibat uçotu üzrə bilik və təcrübəyə, bankçılıq və istehsalatda, BMHS sahəsində, ACCA peşəkar kvalifikasiyalı mütəxəssis, bütövlükdə idarəetmə sahəsində 10 illik zəngin iş təcrübəsinə malikdir. Azərbaycan, BƏƏ, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrdə audit üzrə menecer kimi layihələrdə iştirak etmişdir. 2014 və 2019-cu illərdə audit üzrə lisenziya almışdır.