ADA Universitetinin 11-ci karyera sərgisi təşkil olunub
ADA Universitetinin 11-ci karyera sərgisi təşkil olunub. ABB-nin tərəfdaşlığı ilə keçirilən sərgidə “Böyük dördlük”dəki şirkətlərin Azərbaycan nümayəndəliyi (“Big four companies”), Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, bank, turizm, kommunikasiya sahəsindəki tanınmış şirkət və holdinqlər, beynəlxalq təşkilatların nümayəndəlikləri daxil olmaqla 129 şirkət və qurum təmsil olunub. Karyera sərgisinin əsas məqsədi tələbə və məzunları bir araya toplamaqla birbaşa şirkət nümayəndələri və kadrlar şöbəsi ilə əlaqələndirmək, onların bacarıqlarını inkişaf etdirməkdir.
Bu il 11-ci dəfə keçirilən sərgidə Prime Audit and Consulting şirkəti iştirakı ilə tələbələrə dəstək olaraq, intern kimi onlara iş təklifi, trening keçməsi ilə yanaşı, onlara təcrübə keçmək imkanı yaradıb.